ABŞ-ın Rusiyadakı səfirliyinin sözçüsü Rebekka Ross Moskvanın Vaşinqtonun oxşar hərəkətlərinə cavab olaraq ölkədən qovduğu 10 Amerika diplomatı arasında onun da adının olduğunu deyib.
Bizim.Media xəbər verir ki, Ross bu barədə “RİA Novosti” agentliyinə açıqlama verib.
"Bəli, siyahıda mən də varam". Ross mövzu ilə bağlı suala belə cavab verib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyindəki bir mənbə Amerika səfirliyinin mətbuat katibinin Rusiya Federasiyasından xaric ediləcəyi ilə bağlı mətbuatda yayılan xəbərləri şərh edərkən RİA Novosti-yə "ABŞ özünü qəribə aparır” sözlərini deyib.
O, əlavə edib ki, Amerika tərəfi Rusiyanın Vaşinqtondakı səfirliyinin mətbuat katibinə işləməyə icazə vermirsə, ABŞ səfirliyi də belə şəxs olmadan çalışmalıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:43 / 12.05.2021
“Rusiyadan qovulanlar arasında mən də varam” - ABŞ səfirliyinin sözçüsü - FOTO
Hazırda oxunan: “Rusiyadan qovulanlar arasında mən də varam” - ABŞ səfirliyinin sözçüsü - FOTO
Hazırda oxunan: “Rusiyadan qovulanlar arasında mən də varam” - ABŞ səfirliyinin sözçüsü - FOTO
20929
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.