Məhəmmədi kəndində qaşınan asfalt AAYDA tərəfindən fiziki şəxslərə SATILIR? - VİDEO

Məhəmmədi kəndində qaşınan asfalt AAYDA tərəfindən fiziki şəxslərə SATILIR? - VİDEO

Hazırda oxunan: Məhəmmədi kəndində qaşınan asfalt AAYDA tərəfindən fiziki şəxslərə SATILIR? - VİDEO

208943

Sosial şəbəkələrdə Bakı şəhər Abşeron rayon Məhəmmədi kəndində asfalt yolun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən qaşındığının və satılması ilə bağlı iddianın əks olunduğu video yayılıb

Belə ki, sosial şəbəkə fenomenlərindən biri bildirir ki, hazırda Məhəmmədi kəndinin asfalt yolu qaşınaraq satılır. Sözügedən videoda AAYDA əməkdaşı da asfaltın satılmasını təsdiqləyir. 
 

MÖVZU İLƏ BAĞLI:

Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsi təmirə bağlanır


Bizim.Media məsələni aydınlaşdırmaq üçün  AAYDA ilə əlaqə saxlayıb.

Qurum sözçüsü Anar Nəcəfli saytımıza açıqlamasında bildirib ki, sosial şəbəkə fenomeninin o videonu yayması tamamilə məqsədlidir:

“Həmin videonu mən də gördüm, nə üçün, hansı məqsədlə çəkildiyi təqribi olaraq bəllidir. Yəni ya izləyici toplamaq, ya da digər məsələlərə görə o video paylaşılıb. Əgər həmin şəxsin əlində sübut varsa, məhkəməyə müraciət eləsin. O asfalt heç yerə satılmır, AAYDA tərəfindən təkrar emala gedir”. 

Anar Nəcəfli qeyd edib ki, Məhəmmədi kəndi AAYDA-nın balansında olan ərazi deyil:

“Sadəcə olaraq, Mehdiabad-Digah-Məhəmmədi yolu Agentliyin balansındadır və hazırda orda təmir işləri icra olunur. Əgər ehtiyac yaranırsa, yerli strukturlar tərəfindən bizə müraciət daxil olur və onların daxili küçələrində istifadə olunması üçün bu verilə bilər. Yəni belə bir təcrübə var. Sözügedən yol sentyabrın 15-ə qədər tam bərpa olunacaq”. 


Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO