Biləsuvarda bu şəxslər məsuliyyətə cəlb olundu - FOTO

Biləsuvarda bu şəxslər məsuliyyətə cəlb olundu - FOTO

Hazırda oxunan: Biləsuvarda bu şəxslər məsuliyyətə cəlb olundu - FOTO

208717

Biləsuvarda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.

Ərazinin zibillənməsi halları ilə bağlı son 1 həftə ərzində 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.

Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının son bir neçə gün ərzində tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslərlə bağlı keçirdikləri profilaktik tədbirlər nəticəsində rayon ərazisində yerləşən kafe, restoran və digər qadağan olunmuş yerlərdə siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan 11 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO