Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü E.Sadıqov bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Xəstənin yarası dərhal tikilib,vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, E.Sadıqov mübahisə zamanı tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media