Fərid Osmanov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Fərid Osmanov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Hazırda oxunan: Fərid Osmanov yüksək vəzifəyə TƏYİN EDİLDİ

208661

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevə yeni müşavir təyin olunub. 

Bizim.Media “gdp.az”a istinadən xəbər verir ki, Fərid Osmanov Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinə müşavir təyin edilib. 

F. Osmanov bu təyinata qədər 2020-ci ildən Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru vəzifəsində çalışıb. 

O, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirib. 

F. Osmanov həm də Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetində magistr dərəcəsi alıb. 

O, 2005-ci ildən AMB-nin İnformasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb, 2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib. 

2019-cu ilidə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO