Vəzifəli şəxs həbs edildi: Ölkəyə gətirilən maşınları rüşvət alıb aşağı qiymətə rəsmiləşdirirmiş - FOTO

Vəzifəli şəxs həbs edildi: Ölkəyə gətirilən maşınları rüşvət alıb aşağı qiymətə rəsmiləşdirirmiş - FOTO

Hazırda oxunan: Vəzifəli şəxs həbs edildi: Ölkəyə gətirilən maşınları rüşvət alıb aşağı qiymətə rəsmiləşdirirmiş - FOTO

208534

Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə və risklərin idarə olunması şöbəsinin həbsdə olan inspektoru Şahin Rövşən oğlu İskəndərov kassasiya şikayəti verib.

Bizim.Media unikal-a istinadən xəbər verir ki, sabiq inspektor Ali Məhkəməyə müraciət edib. Onun işinə hakim İlqar Qılıcovun sədrliyi ilə baxılacaq. Məhkəmə iclası 30 yanvar 2025-ci il tarixinə təyin olunub.


Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə və risklərin idarə olunması şöbəsinin inspektoru İskəndərov Şahin Rövşən oğlu qanunsuz əməllərinə görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

İstintaq zamanı Şahin İskəndərovun ölkəyə gətirilən avtomobillərin gömrük dəyərinin aşağı qiymətə rəsmiləşdirilməsi müqabilində birbaşa və kart hesabına köçürülmə yolu ilə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Əldə edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.İskəndərov 5 il müddətinə azadlıqdan məhrum edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO