Ukrayna Silahlı Qüvvələrinin (SQ) Kursk vilayətindəki addımları cavabsız qalmayacaq.
Bizim.Media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Söhbət ayrı bir qərardan getmir. Təbii ki, bu cür düşmənçilik addımları müvafiq cavabsız qala bilməz. Cavab mütləq olacaq”, - o vurğulayıb.
Öz növbəsində, Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, bu gün Rusiya Silahlı Qüvvələrinin Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbə Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində irəliləməsinə cavabdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:07 / 26.08.2024
Kreml: Ukraynanın Kurskdakı addımları cavabsız qalmayacaq
Hazırda oxunan: Kreml: Ukraynanın Kurskdakı addımları cavabsız qalmayacaq
Hazırda oxunan: Kreml: Ukraynanın Kurskdakı addımları cavabsız qalmayacaq
208478
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.