İnternetin pulunu ödəməyən vətəndaşlar 130 manat CƏRİMƏ olunacaqlar? - Rəsmi AÇIQLAMA

İnternetin pulunu ödəməyən vətəndaşlar 130 manat CƏRİMƏ olunacaqlar? - Rəsmi AÇIQLAMA

Hazırda oxunan: İnternetin pulunu ödəməyən vətəndaşlar 130 manat CƏRİMƏ olunacaqlar? - Rəsmi AÇIQLAMA

208050

Avqust ayının 15-dən minimum internet tarifi 25 AZN müəyyənləşib. Bir ay öncəyə qədər 40 Mbits sürətli interneti 18 manata təklif edən provayderlər bu aydan internetin sürətini 100 Mbits-ə yüksəldərək qiymətini 25 manat ediblər.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, qiymətdəki artımdan sonra bir sıra vətəndaş internet xidmətindən imtina etmək qərarına gəlib. “Aztelecom”un  yerlərdəki qovşaqlarından bölgələrdəki vətəndaşlara internet xidmətindən imtina etdikləri halda modemlərin geri alınmadığı və özlərinin də 130 AZN cərimə olunacaqlarını bildiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda internet BAHALAŞIR 


Bəs vətəndaş modemi təhvil verməklə internet xidmətindən imtina edə bilməzmi? İmtinaya görə və yaxud internetin pulunu ödəmədiyi üçün vətəndaş cərimə oluna bilərmi?

Məsələ ilə bağlı “Aztelecom” MMC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, abunəçilərlə münasibətlər müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqaviləyə və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tənzimlənir:

“Belə ki müqavilə şərtləri və mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla abunəçi yeni tariflərin tətbiq edilməsi ilə bağlı xidmətlərdən imtina etmək istədiyi təqdirdə yeni tariflərin tətbiq edildiyi gündən 30 gün müddətində yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətini dayandıra bilər. Bu halda xidmətlərdən imtina ilə bağlı abunəçidən ONT modemin geri qaytarılması istənilir və həmin avadanlığın dəyəri tələb edilmir”.

Qeyd edək ki,  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Aztelecom”un minimal tarif artımını qanunsuz hesab edib və araşdırmalar başladıb.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO