Məktəblərdə psixologiya ayrıca fənn kimi tədris OLUNACAQ? - AÇIQLAMA

Məktəblərdə psixologiya ayrıca fənn kimi tədris OLUNACAQ? - AÇIQLAMA

Hazırda oxunan: Məktəblərdə psixologiya ayrıca fənn kimi tədris OLUNACAQ? - AÇIQLAMA

207866

Məktəblilərin sağlam psixologiyası ən əhəmiyyətli mövzulardan biridir. Bu məsələ  məktəb psixoloqlarının fəaliyyəti fonunda dəfələrlə gündəmə gəlib.

Digər maraqlı məqam isə ondan ibarətdir ki, şagirdlərin fiziki sağlamlığı üçün “fiziki tərbiyə” fənni tədris olunsa da, zehni və mənəvi sağlamlıqları üçün “psixologiya” fənni keçirilmir. 

Bizim.Media-ya açıqlamasında bu məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi düşünür ki, “psixologiya” fənninin təhsil müəssisələrində tədrisi vacibdir:

“Amma bununla bağlı hər hansı bir rəsmi qərar yoxdur, sadəcə bəzi fənlərin, xüsusilə, həyat bilgisi dərsliklərində müəyyən mövzularda şagirdlərə psxiologiyayla bağlı bəzi informasiyalar çatdırılır.

Şagirdlərin sağlam psixologiyaları üçün həftədə ən azı 1 saat psixologiya fənni tədris olunmalıdır. Bundan əlavə bütün məktəblərdə psixoloqlar olmalıdır”.  

Məktəblilərin psixologiyasıyla bağlı müzakirə edilən məsələlərdən biri də məktəb psixoloqlarının fəaliyyətidir. Ekspert deyir ki,  hər il “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına yüzlərlə tələbənin qəbulu keçiririlir və buranı bitirənlər müvafiq olaraq  aidiyyatı qurumlara cəlb olunmalıdırlar. 

Psixoloqların işə qəbul olunması sadəcə Bakı şəhərində yox, digər regional təhsil müəsssələrində də həyata keçirilməlidir. Həmçinin, psixoloqlar mütləq attestasiyaya cəlb olunmalı, müəyyən bilik və bacarıqlara cavab verməyən şəxslər prosesdən kənarlaşdırılmalı, onların yerinə isə aiddiyatı üzrə şəxslər işə götürülməlidir”.  

Əgər məktəblərdə belə bir fənn tədris olunarsa, hansı istiqamətlərdə olmalıdır?

Psixoloq Aytəkin Məmmədovanın sözlərinə görə,  bu fənn yeniyetməlik dövrüylə bağlı olaraq özfərqindəlik, qərarlar, özgüvən kimi mövzular istiqamətində ola bilər: 

“Sosial fobiyası olan uşaqlara “psixologiya” dərsi daha rahat olar, çünki onlar bunun vasitəsilə özlərini ifadə edə biləcəklər. Həmçinin, fənnin tədrisi sayəsində uşaqlar özgüvənlərini, narahatlıqlarını, münasibətlər haqqında özlərini  kəşf edə, ünsiyyət sferalarını genişləndirməyi öyrənə bilərlər.  

Məsələn, yeniyetməlik dövründə şagirdlərin  ali məktəbə qəbul olmaqla bağlı qayğıları olur, buna görə də həm müxtəlif maarifləndirmələr aparıla bilər, həm də uşaqlar özləri təqdimatlar hazırlayaraq yeni biliklərlə özlərini rahatladarlar. Bunlar olarsa, çox yaxşı olar, çünki hər valideyn övladını psixoloqa aparmır”. 

Bəs bu fənnin tədrisində şagirdərin digər fənlərdə olduğu kimi qiymətləndirilməsi düzgün olar? 

“Bu fəndə qiymətləndirmənin olması uşaqlarda narahatlıq yaradacaq, ancaq sırf bir psixologiya dərsinin olması onlar üçün daha yaxşı olar.  Uşaqların psixologiyasının qiymətləndirilməsi üçün ümumi dəyərləndirilmələrdən istifadə edilə bilər və hansı uşağın problemi varsa, valideynini çağırıb onunla  rahat  şəkildə danışmaq olar. Bəzi uşaqlar aktiv, bəziləri isə çəkingən, davranışında problemləri olan olurlar. Belə olduqda psixoloqla söhbət zamanı bu, müəyyən olur”. 

Nəzrin Mirzəyeva, Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO