Putin çeçen komandirinə Rusiya Qəhrəmanı adını verdi - FOTO

Putin çeçen komandirinə Rusiya Qəhrəmanı adını verdi - FOTO

Hazırda oxunan: Putin çeçen komandirinə Rusiya Qəhrəmanı adını verdi - FOTO

20757

Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə xüsusi polis alayının komandiri Zamid Çalayevə Rusiya Qəhrəmanı adı verilib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Çeçenistan başçısı Ramzan Kadırov VKontakte səhifəsində yayıb.

Bildirir ki, Çalayev şəxsi cəsarətinə və bölgədə Aslan Byutukayevin rəhbərlik etdiyi son mütəşəkkil quldur dəstəsini zərərsizləşdirdiyinə görə bu ada layiq görülüb.

Kadırov qeyd edib ki, müvafiq fərmanı Rusiya Prezidenti Vladimir Putin imzalayıb. 

Çeçenistan rəhbəri vurğulayıb ki, Zamid Çalayev bütün yetkin həyatını Vətənə xidmətə həsr edib, dəfələrlə qanunsuz silahlı qrupların üzvlərini zərərsizləşdirmək üçün kompleks və riskli xüsusi əməliyyatlarda iştirak edib.

Kadırov yazıb ki, onun qardaşları Murad, İsxak, Bekxan və Tahir də hüquq-mühafizə orqanlarında çalışıblar:

“Tahir terrorçulara qarşı döyüşdə həlak olub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO