Bakıda prospektlərin birində piyadaların rahat və təhlükəsiz hərəkətinin təşkili baxımından ciddi nöqsanlar var.
Bizim.Media xəbər verir ki, yaxınlıqda yaşayanlar hər gün bu təhlükə ilə üz-üzədir. Hər an məcburi avtomobil yoluna çıxan piyadanı maşın vura bilər.
Bura paytaxtın Xətai rayonu, Gəncə prospektidir. Prospektin bir tərəfində səki olsa da, necə deyərlər, digər tərəfdə səki yaratmaq sanki unudulub.
İnsanların istəyi aidiyyəti qurumların təhlükəyə reaksiya vermələri və problemin ən qısa zamanda həll edilməsidir.
Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətindən bildirilib ki, həmin ərazi ilə bağlı quruma heç bir vətəndaş müraciəti daxil olmayıb. Əgər belə bir müraciət olarsa, İcra Hakimiyyəti məsələnin həlli istiqamətində addım ata bilər.
Daha ətraflı videomaterialda:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
07:45 / 19.08.2024
Bakının bu prospektində piyadaların həyatı üçün TƏHLÜKƏ VAR - VİDEO
Hazırda oxunan: Bakının bu prospektində piyadaların həyatı üçün TƏHLÜKƏ VAR - VİDEO
Hazırda oxunan: Bakının bu prospektində piyadaların həyatı üçün TƏHLÜKƏ VAR - VİDEO
207264
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.