Harris sorğularda Trampı 5 faiz qabaqlayır

Harris sorğularda Trampı 5 faiz qabaqlayır

Hazırda oxunan: Harris sorğularda Trampı 5 faiz qabaqlayır

207256

Ən yüksək dövlət postu uğrunda mübarizə aparan ABŞ-ın vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasının qurultayı ərəfəsində keçirilən sorğularda respublikaçı rəqibi Donald Trampı 5 faiz qabaqlayır.

Bizim.Media  xəbər verir ki, bunu ABC televiziya şirkəti, "The Washington Post" qəzeti və "Ipsos" sosioloji xidmətinin birgə keçirdiyi sorğunun nəticələri sübut edir.

Araşdırmaya görə, ABŞ vətəndaşlarının 50 %-i Harrisi, 45 %-i isə Trampı dəstəkləyir. Noyabr ayında keçiriləcək səsvermədə iştirak etməyi planlaşdıran, artıq qeydiyyatdan keçmiş amerikalı seçicilər arasında keçirilən sorğunun nəticələri də bunu göstərir - Harris Trampı 4 faiz qabaqlayıb.

Sorğu avqustun 9-dan avqustun 13-dək aparılıb. Burada ölkə üzrə 2,3 mindən çox insan iştirak edib.

ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO