Livanın cənubunda maşınlarının yaxınlığında baş verən partlayış nəticəsində üç BMT sülhməramlısı yüngül xəsarət alıb.
Bizim.Media xəbər verir ki, "RİA Novosti" bu barədə sülhməramlı qüvvələrin bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, sülhməramlılar sağ-salamat öz bazalarına qayıdıblar, insidentlə bağlı araşdırma aparılır.
Livan və İsrail arasında münaqişə İsrail ordusunun iyulun 30-da Beyrutun cənub ətrafı Haret Hreik məhəlləsində yaşayış binasına zərbə endirməsi, nəticədə yaşayış binasının tamamilə dağıdılmasından sonra kəskinləşib.
"Hizbullah"ın yüksək rütbəli komandiri Fuad Şükr də daxil olmaqla 7 nəfər həlak olub.
Daha sonra şiə müqavimətinin lideri Həsən Nəsrullah İsrailin hərəkətlərinin “bütün qırmızı xətləri keçdiyini” və belə bir hücuma cavabın yaxın gələcəkdə veriləcəyini bildirib. Təl-Əviv də öz növbəsində xəbərdarlıq edib ki, İsrailə qarşı istənilən təcavüz aktı Livan üçün genişmiqyaslı dağıdıcı nəticələrə gətirib çıxara bilər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:08 / 18.08.2024
Livanda partlayış: BMT-nin sülhməramlıları yaralandı
Hazırda oxunan: Livanda partlayış: BMT-nin sülhməramlıları yaralandı
Hazırda oxunan: Livanda partlayış: BMT-nin sülhməramlıları yaralandı
207230
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.