DİN-dən əri tərəfindən zorakılığa məruz qalan qadın müəllim haqda AÇIQLAMA

DİN-dən əri tərəfindən zorakılığa məruz qalan qadın müəllim haqda AÇIQLAMA

Hazırda oxunan: DİN-dən əri tərəfindən zorakılığa məruz qalan qadın müəllim haqda AÇIQLAMA

207172

axili İşlər Nazirliyi müəllimin zorakılığa məruz qalması iddiası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Sabirabad rayonunda həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan qadın bu barədə polisə məlumat verib.

Qadının izahatı alınıb və polis əməkdaşları tərəfindən onun sığınacağa yerləşdirilməsi təmin edilib.

Zərərçəkən şəxs xəsarətlərinin dərəcəsinin təyin edilməsi üçün ekspertizaya göndərilib. Hadisəyə hüquqi qiymətin verilməsi və qadına zorakılıq etdiyi iddia olunan həyat yoldaşının ifadəsinin alınması, eləcə də digər zəruri prosessual hərəkətlərin həyata keçirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Xatırladaq ki, bu barədə informasiyanı ilk olaraq "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova yaymışdı.

O, sosial şəbəkədə ali təhsilli müəllimin şiddətli zorakılığa məruz qaldığını qeyd etmişdi

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO