Qəbələdə 59 nəfər paytaxt salatından ZƏHƏRLƏNİB? – ÖZƏL TƏFƏRRÜAT

Qəbələdə 59 nəfər paytaxt salatından ZƏHƏRLƏNİB? – ÖZƏL TƏFƏRRÜAT

Hazırda oxunan: Qəbələdə 59 nəfər paytaxt salatından ZƏHƏRLƏNİB? – ÖZƏL TƏFƏRRÜAT

206919

Ötən gün Qəbələdə baş verən kütləvi zəhərlənmənin detalları məlum olub. 

Qəbələ Mərkəzi Xəstəxanasının direktor köməkçisi Süleyman Cabbarov Bizim.Media-ya zəhərlənmə faktı ilə bağlı bəzi təfərüatları açıqlayıb. O, deyib ki, ümumilikdə 59 nəfər zəhərlənib: 
 

MÖVZU İLƏ BAĞLI:

Qəbələdə toyda kütləvi ZƏHƏRLƏNMƏ: 40 nəfər…


“36-sı qadın, 23-ü kişi cinsi olmaqla 59 nəfərin zəhərlənməsi qeydə alınıb. Hazırda 4 nəfər xəstəxanadadır. Digərləri ambulator müalicə üçün evə buraxılıb. Hər birinin vəziyyəti ortadır. Zəhərlənənlər arasında azyaşlılar da var idi. Zəhərlənmənin hansı qidadan qaynaqlandığı tam dəqiq məlum olmasa da, pasiyentlərin çoxu paytaxt salatı yedikdən sonra özlərini pis hiss etdiklərini deyiblər”.

Süleyman Cabbarov zəhərlənmə hadisəsinin Qəbələdə yerləşən “Çinar” şadlıq sarayında qeydə alındığını da bildirib.  

Məsələ ilə bağlı sözügedən şadlıq sarayı ilə əlaqə saxladıq. Şadlıq sarayından Bizim.Media-ya verilən məlumata görə, yeməkləri özləri yox, toy sahibləri hazırlayıb. Həmçinin qeyd olunub ki, toyda 350 qonaq olub. 

Qeyd edək ki, TƏBİB-dən verilən ilkin açıqlamada 55 nəfərin zəhərləndiyi bildirilib. Onu da bildirək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələni nəzarət götürüb və araşdırmalara başlanılıb.

Nuray, Bizim.Meda

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO