DTX-dan Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı PAYLAŞIM

DTX-dan Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı PAYLAŞIM

Hazırda oxunan: DTX-dan Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı PAYLAŞIM

20686

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, DTX-nin saytında yer alan məlumatda deyilir:

“Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü tamam olur.

Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş ulu öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir. Onun yaratdığı dövlət idarəçiliyi məktəbi - müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq irsini layiqincə davam etdirir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin təhlükəsizliyinin etibarlı qorunması naminə əzm və qətiyyətlə çalışır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO