Bakıda polis əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən "Casablanca Travel" MMC-nin təsisçi-direktoru Xəyal Həmidov saxlanılıb.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Araşdırmalarla müəyyən edilib ki, X.Həmidov ayrı-ayrı vətəndaşlara müxtəlif ölkələrə turların təşkili vədlərini verərək onların ümumilikdə 42 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Faktlarla bağlı onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 15.08.2024
Azərbaycanda şirkət rəhbəri SAXLANILDI
Hazırda oxunan: Azərbaycanda şirkət rəhbəri SAXLANILDI
Hazırda oxunan: Azərbaycanda şirkət rəhbəri SAXLANILDI
206834
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.