“Barselona”nın 17 yaşlı gənc ulduzu Lamin Yamalın atası Munir Nəsraui İspaniyada Mataro şəhərindəki avtomobil dayanacağında bıçaqlanıb.
Bizim.Media sport24.ru-ya istinadən xəbər verir ki, kişi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Polis artıq bir neçə şübhəli şəxsi müəyyənləşdirib, hadisənin baş vermə şəraitini araşdırır və şahidləri dindirir.
Xatırladaq ki, Yamal İspaniya millisi ilə Almaniyada təşkil olunan AVRO-2024-də çempion olub. Həmçinin o, turnirin ən yaxşı gənc oyunçusu seçilib.
Bizim.Media