Serbiyada etiraz aksiyaları: Qatar stansiyaları və yollar bağlandı

Serbiyada etiraz aksiyaları: Qatar stansiyaları və yollar bağlandı

Hazırda oxunan: Serbiyada etiraz aksiyaları: Qatar stansiyaları və yollar bağlandı

206136

Serbiyada litium hasilatı layihəsinə qarşı etiraz aksiyaları keçirilib.

Bizim.Media xəbər verir ki, paytaxt Belqradda və digər bölgələrdə baş tutan nümayişlərdə 20 mindən çox insan iştirak edib. Aksiya iştirakçıları qatar stansiyaları və yolları bağlayıblar.

Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, qatar stansiyalarına daxil olan nümayişçilərə qarşı “ictimai asayişi və sülhü pozduqları” iddiası ilə cinayət işi açılacaq.

Nümayişçilər gecəni vağzalda və şəhərin digər yerlərində keçirib. Aksiyaların bu gün də davam edəcəyi bildirilir.

Serbiya Prezidenti Aleksandar Vuçiçin bu gün xalqa müraciət etməsi və aksiyalarla bağlı vəziyyəti dəyərləndirməsi gözlənilir.

Qeyd edək ki, ötən günlərdə Aleksandar Vuçiç yaxın bir il yarım ərzində Yadar yatağında litium hasil edilməyəcəyini bəyan etmişdi.
 

Yadar vadisində Avropanın ən böyük litium yatağı yerləşir. Britaniya-Avstraliya birgə müəssisəsi olan “Rio Tinto” dağ-mədən şirkəti 2004-cü ildə Serbiyanın Loznitsa şəhərində litium mineral ehtiyatları aşkarlayıb. Dağ-mədən layihəsi ötən illərdə Serbiyada ekoloji etirazlara səbəb olub.


Keçən ay Serbiya hökuməti və Avropa İttifaqı litium tədarükünə dair saziş imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO