Ölkəmiz o oyunda məğlub oldu - Erməni politoloq

Ölkəmiz o oyunda məğlub oldu - Erməni politoloq

Hazırda oxunan: Ölkəmiz o oyunda məğlub oldu - Erməni politoloq

205396

“Keçmiş hakimiyyət niyə qərbyönlü müxalifət formalaşdırıb?”.

Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, bu sual erməni politoloq Stepan Danielyan tərəfindən sosial şəbəkədə yazdığı statusda qoyulub.

“Texnologiya olduqca primitivdir. Ermənistan Rusiyanın təsir zonasında olduğu üçün qərbyönlü müxalifət olmalı idi ki, Rusiya daha “kiçik şər”i seçməyə məcbur qalısın.
 

Bu isə manevr üçün geniş meydan yaradırdı. İkinci şərt siyasi elitanı asılı vəziyyətə salan maliyyənin Qərbdə olması ilə bağlıdır. Məsələn, 1996-cı ildə ümumerməni milli hərəkatı prezident seçkiləri zamanı kommunist namizəd Badalyanı Ter-Petrosyanın əsas rəqibinə çevirməyə çalışırdı.


Bununla da Ter-Petrosyan həm Qərbdən, həm də Rusiyanın anti-kommunist hakimiyyətindən dəstək almışdı. Bu, 1996-cı ildə nəticə vermədi, lakin 2018-ci ildə müvafiq faciəvi nəticələr verdi. Ermənistan siyasi poker oyununda məğlub oldu”, - deyə Danielyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO