Heydər Əliyev prospektində avtomobildə baş verən tüstülənmə sıxlığa səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata görə, Nizami rayonu, Heydər Əliyev prospektində texniki nasaz nəqliyyat vasitəsində tüstülənmə olub. Bu səbəbdən hazırda metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
"DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisinə məlumat veriblər. Sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür", - məlumatda qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:00 / 06.08.2024
Bakının mərkəzində TÜSTÜLƏNMƏ - Sıxlıq yarandı - FOTO
Hazırda oxunan: Bakının mərkəzində TÜSTÜLƏNMƏ - Sıxlıq yarandı - FOTO
Hazırda oxunan: Bakının mərkəzində TÜSTÜLƏNMƏ - Sıxlıq yarandı - FOTO
205333
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.