BMT-nin Baş katibi Antoniu Quterreş dünyanın yenidən nüvə silahından real istifadə təhlükəsi ilə üz-üzə gəldiyini hesab edir.
Bizim.Media xəbər verir ki, bunu o, ABŞ-nin Hirosimaya nüvə bombası atmasının 79-cu ildönümü ilə bağlı anım mərasimində BMT Baş katibinin müavini və tərk-silah məsələləri üzrə ali nümayəndəsi İdzumi Nakamitsunun oxuduğu müraciətdə bildirib.
“Nüvə silahları və onlardan istifadə ilə bağlı təhdidlər təkcə tarix dərsliklərinin səhifələrində deyil, bu cür gündəlik ritorika beynəlxalq münasibətlərdəki vəziyyət fonunda yenidən özünü büruzə verir”, – deyə Quterreş bunun indi dünyanın üzləşdiyi real təhlükə olduğunu vurğulayıb.
BMT-nin Baş katibi əmindir ki, nüvə silahı təhlükəsini nəhayət aradan qaldırmağın yeganə yolu ondan tamamilə imtina etməkdir.
“Nüvə müharibəsində qalib ola bilməz və belə bir müharibə heç bir halda başlanmamalıdır”, – o vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:55 / 06.08.2024
Quterreşdən QORXUNC XƏBƏRDARLIQ: “Dünya yenidən nüvə təhlükəsi ilə üz-üzədir”
Hazırda oxunan: Quterreşdən QORXUNC XƏBƏRDARLIQ: “Dünya yenidən nüvə təhlükəsi ilə üz-üzədir”
Hazırda oxunan: Quterreşdən QORXUNC XƏBƏRDARLIQ: “Dünya yenidən nüvə təhlükəsi ilə üz-üzədir”
205280
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.