Cüdo Federasiyasının rəsmisi: “Elcan Hacıyevə qarşı haqsızlıq olmayıb”

Cüdo Federasiyasının rəsmisi: “Elcan Hacıyevə qarşı haqsızlıq olmayıb”

Hazırda oxunan: Cüdo Federasiyasının rəsmisi: “Elcan Hacıyevə qarşı haqsızlıq olmayıb”

204498

“Paris-2024” Yay Olimpiya Oyunlarında cüdoçumuza qarşı haqsızlıq edilməyib.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Elcan Hacıyevin (90 kiloqram) fransalı rəqibi Maksim-Qael Hambu ilə görüşündə ədalətsizliyə məruz qalması ilə bağlı iddialara münasibət bildirərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Hakimlərin Olimpiadada cüdoçumuza qarşı qalmaqallı QƏRARI - VİDEO


O, idmançımızın tətbiq etdiyi fəndin hesaba alınmamasının səbəbini açıqlayıb:

“Daha əvvəl hakim dayanma işarəsi vermişdi. Elcan fəndi həmin işarədən sonra tətbiq etdi. Ona görə də qeydə alınmadı”.

Qeyd edək ki, Elcan Hacıyev Maksim-Qael Hambu ilə görüşdə məğlub olaraq mübarizəni dayandırıb. O, mübarizə zamanı çiynindən zədə alaraq xəstəxanaya aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO