İsmayıl Haniyənin 4 ay öncə 3 oğlu, 4 nəvəsi də qətlə yetirilib - DETALLAR

İsmayıl Haniyənin 4 ay öncə 3 oğlu, 4 nəvəsi də qətlə yetirilib - DETALLAR

Hazırda oxunan: İsmayıl Haniyənin 4 ay öncə 3 oğlu, 4 nəvəsi də qətlə yetirilib - DETALLAR

204363

Xəbər verdiyimiz kimi, HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb. Xatırladaq ki, onun ailəsi də bir müddət öncə sözün həqiqi mənasında qətliama məruz qalmışdı.

Bizim.Media xəbər verir ki, belə ki, bu il aprelin 10-da İsrail ordusu Qəzza şəhərinin qərbində yerləşən Əş-Şati Qaçqınlar Düşərgəsinin sakinləri və yaxınları ilə Fitr bayramını qeyd etməyə gedən İsmayıl Haniyə ailəsinin çoxlu üzvünün olduğu avtomobili atəşə tutub.

Hücumda 3 oğlu və 4 nəvəsini itirən Haniyə "övladlarının Qəzzanı tərk etmədiyini, Qüds və Məscidül-Əqsanın azad edilməsi üçün canlarını fəda etdiyini" demişdi.

İsrail ordusunun Fitr bayramında təşkil etdiyi hücumda yaralanan Haniyənin nəvəsi Mələk Haniyə də müalicə olunduğu xəstəxanada sonradan dünyasını dəyişdi.

İsrail mətbuatının verdiyi məlumata görə, "sui-qəsd İsrail ordusu və kəşfiyyatının əməkdaşlığı ilə həyata keçirilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO