“BBC”nin qərəzi ifşa olundu - Kanal kimin sifarişini yerinə yetirir?

“BBC”nin qərəzi ifşa olundu - Kanal kimin sifarişini yerinə yetirir?

Hazırda oxunan: “BBC”nin qərəzi ifşa olundu - Kanal kimin sifarişini yerinə yetirir?

20415

Culian Assancın həyat yoldaşı Stella Morris Prezident İlham Əliyevin BBC-yə dediklərinə münasibət bildirib. Belə ki, Stella özünün “Twitter” hesabında bununla bağlı video da paylaşıb. 

Stellanın sözlərinə görə, “Azərbaycan prezidenti İlham Əliyev BBC-yə deyib ki, Britaniya Assancı jurnalistika ilə məşğul olduğuna görə həbsxanada saxlayır, onu “zehni və fiziki cəhətdən” öldürmək istəyir. Bu baxımdan BBC ona "mətbuat azadlığı" mövzusunda mühazirə oxuya bilməz”.
 

MÖVZU İLƏ BAĞLI:

Julian Assancın həyat yoldaşı İlham Əliyevin BBC-yə dediklərinə münasibət bildirdi - VİDEO


2 milyona yaxın baxış toplayan videoya münasibət bildirmək üçün siyasi ekspert Yeganə Hacıyeva ilə əlaqə saxladıq.

Onun sözlərinə görə, Assancın həyat yoldaşının belə bir paylaşımı “BBC”nin mətbuat azadlığı adı ilə nələrdənsə sui-istifadə etməyinin ifşasıdır: 

“Bu, mövzunun kənar alət olaraq proseslərə cəlb edilməsinin etirafıdır. Belə reallıqlar onu göstərir ki, eyni problemləri yaşayan ölkələrə qarşı ikili standartlar tətbiq olunur”.

“BBC”yə oxşar xeyli media qurumlar var ki, 44 günlük savaş ərzində ermənilərin dinc sakinlərə qarşı vəhşiliklərinin şahidi olsalar da, İrəvanı tənqid etmirlər...

“Artıq bu ikili standart yox, qərəzdir. Medianı da öz məqsədləri naminə alət kimi istifadə edirlər”.

Yeganə Hacıyevanın fikirlərinə əlavə kimi qeyd etmək olar ki, ABŞ-dakı Prezident seçkilərində də qərb mediasının siyasi alət olduğu təsdiqləndi. Bir şey ki, onlar namizədləri internet üzərindən də bloklayırlar. Nümunə olaraq eks ABŞ lideri Donald Trampın sosial şəbəkə hesablarına qoyulan məhdudiyyətləri göstərmək olar. Bundan dolayı, “BBC” qəlibdən olan media “əjdaha”larının mətbuat azadlığı barədə iddiaları sadəcə nağıldır. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO