Adı “Neftçi” ilə hallanan “Trabzonspor”un futbolçusu Murat Cem Akpınar açıqlama verib.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi təkliflərin olduğunu təsdiqləyib:
“Trabzonspor”un düşərgəsindən ayrıldım. Menecerim təklifləri dəyərləndirir. Super Liqadan “Qaziantep”, I Liqadan “Karagümrük”, “Erokspor”, “Bandırmaspor”, “Sakaryaspor” və Azərbaycandan “Neftçi”dən təkliflər var. Bir neçə günə hər şey dəqiqləşəcək”.
Karyerası ərzində “Trabzonspor”, “Giresunspor”, “Sakaryaspor”, “Kocaelispor”da çıxış edən futbolçu ümumilikdə 150 oyunda 14 qol vurub, 13 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi daha əvvəl Azərbaycanın U-17 yığmasında da forma geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
19:42 / 28.07.2024
Türkiyəli futbolçu “Neftçi”dən təklif aldığını təsdiqlədi
Hazırda oxunan: Türkiyəli futbolçu “Neftçi”dən təklif aldığını təsdiqlədi
Hazırda oxunan: Türkiyəli futbolçu “Neftçi”dən təklif aldığını təsdiqlədi
203987
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.