Millimizin oyunçusu Tranzonsporda

Millimizin oyunçusu Tranzonsporda

Hazırda oxunan: Millimizin oyunçusu Tranzonsporda

20393

Sabah Türkiyə Super Liqasında 6-cı tura start veriləcək. Sfera.az "Qafqazinfo”-a istinadən xəbər verir ki, xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi "Trabzonspor" klubu oktyabrın 1-də səfərdə "Karabükspor"la qarşılaşacaq. 5 oyundan sonra yalnız 2 qələbə qazanan "Trabzonspor"un heyətdə müəyyən dəyişikliklər ediləcək.
Komandanın baş məşqçisi Ərsun Yanal hücum xəttində çıxış edən Fabian Kastilyo, Hun-Yun Suk və Muhammed Dəmirin çıxışından narazıdır. Təcrübəli mütəxəssis "Karabükspor"la matçda ilk dəqiqələrdən hücum xəttində Dame Ndoyeyə şans verəcək. Son məşqlərdə ikiqat əzmlə çalışan Ramil Şeydayev isə oyunun gedişində meydana daxil olacaq.
Qeyd edək ki, Şeydayev "Trabzonspor"un heyətində kubok matçında 1 qol vurub. O, Super Liqada debüt etməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO