Parisdə daha bir biabırçılıq: Sena çayı çirklidir, məşqlər ləğv edildi

Parisdə daha bir biabırçılıq: Sena çayı çirklidir, məşqlər ləğv edildi

Hazırda oxunan: Parisdə daha bir biabırçılıq: Sena çayı çirklidir, məşqlər ləğv edildi

203905

Bu günə planlaşdırılan triatlonçuların üzgüçülük məşqləri Sena çayında suyun keyfiyyətinin aşağı olmasına görə ləğv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Olimpiadanın təşkilat komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Olimpiya Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları Sena çayında suyun keyfiyyətinin kifayət qədər zəmanət vermədiyi üçün triatlon tədbirinin bir hissəsini ləğv etmək barədə birgə qərar qəbul ediblər”, - deyə məlumatda bildirilib.

Təşkilatçılar iyulun 30 və 31-nə nəzərdə tutulan yarışların vaxtında baş tutacağına əmindirlər.

Qeyd edək ki, Sena çayının “E.coli” və “enterokokk” bakteriyaları ilə yüksək dərəcədə çirklənməsi Parisdə keçiriləcək Olimpiya Oyunlarının iştirakçıları üçün təhlükə yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO