Ukrayna illərdir NATO-nun qapısında QALIB - SƏBƏBLƏR 

Ukrayna illərdir NATO-nun qapısında QALIB - SƏBƏBLƏR 

Hazırda oxunan: Ukrayna illərdir NATO-nun qapısında QALIB - SƏBƏBLƏR 

20380

“Ukrayna prezidenti Vladimir Zelenski Qərb ölkələri qarşısında “Ukraynanı NATO-ya üzv qəbul edin!” deyə məsələni qəti qoyub. Zelenskinin fikrincə, NATO Ukraynanın arxasında deyil, yanında olmalıdır və Zelenski haqlıdır!” 

Bizim.Media xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə Ukraynanı illərdir NATO-nun qapısında gözlətdirirlər:

“Rusiya da bundan istifadə edərək Ukraynaya hərbi təzyiqi artırır. Zelenskinin qətiyyətli mövqeyi ilk bəhrəsini verib. ABŞ növbəti dəfə Ukraynaya NATO üzvlüyü tədbirlər planının verilməsinə dəstək verib.

Bu barədə Ukrayna prezidenti ofisinin rəhbəri Andriy Yermak Kiyevdə prezident Vladimir Zelenski ilə ABŞ dövlət katibi Entoni Blinken arasındakı görüşdən sonra bildirib. İndi qalır Fransa və Almaniyanı inandırmaq... Paris və Berlin ikili oynayırlar, sözdə Ukraynaya dəstək ifadə edirlər, əməldə isə bu ölkənin NATO-ya üzvlüyünü illərdir əngəlləyir və bununla Rusiyanın aqressiv siyasətinə imkan yaradırlar. Odur ki, Amerikadan Paris və Berlini yola gətirmək tələb olunur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO