Nazirlər Kabineti Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsinin müəyyən edilməsi haqqında qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərarla “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar zəruri olan məlumatların elektron qaydada sorğu əsasında təxirə salınmadan almaq hüququ təmin ediləcək.
Bu Qərarın 1-ci hissəsinin icrasının təmin edilməsi ilə əlaqədar xərclər Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin büdcəsi hesabına maliyyələşdirilir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Qərarın 1-ci hissəsində nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) qeyd olunan məlumatlarının toplandığı informasiya sistemlərinin (ehtiyatlarının) Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə inteqrasiyasını təmin etməlidir.
Həmçinin Qərarın müvafiq bəndlərində qeyd olunan dövlət orqanları (qurumları) fəaliyyət istiqamətlərinə uyğun olaraq bu Qərardan irəli gələn digər məsələləri həll etməlidirər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:08 / 25.07.2024
Maliyyə Monitorinqi Xidmətindəki informasiya sistemlərindən əldə olunan məlumatlarla bağlı YENİLİK
Hazırda oxunan: Maliyyə Monitorinqi Xidmətindəki informasiya sistemlərindən əldə olunan məlumatlarla bağlı YENİLİK
Hazırda oxunan: Maliyyə Monitorinqi Xidmətindəki informasiya sistemlərindən əldə olunan məlumatlarla bağlı YENİLİK
203595
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.