Bu il hava şəraiti olduqca yağıntılı keçib. Hətta yay fəslinin ortasında belə yağış yağmaqda, dolu düşməkdə davam edir. Hava şəraitinin yağıntılı keçməsi kənd təsərrüfatından da yan keçmir. Belə ki, yay mövsümü məhsullarının qiyməti hələ də baha olmaqda davam edir.
Qiymətlər daha da artacaq?
Kənd təsərrüfatı eksperti Akif Nəsirli də Bizim.Media-ya açıqlamasında deyilənləri təsdiqləyib:
“Bu ilin müşahidə edilən yağıntılar kənd təsərrrüfatı üçün əlverişsiz hava şəraiti hesab olunur. Bir tərəfdən yağış yağır, bir tərəfdən dolu düşür. Bunun fonunda temperatur aşağı düşür və bitkilərin vegetasiya dövrü gecikir. Eyni zamanda, dolu, külək, sel məhsuldarlığa mənfi təsir göstərir. Bu, təbii ki qiymətlərin artmasına gətirib çıxaracaq”.
Ekspert qeyd edib ki, hal-hazırda pomidor ən yaxşı halda 2 manatdır:
“Yəni artıq iyul bitir, avqust başlayır, lakin biz hələ yay qiymətlərində pomidor görməmişik. Hələ ki, biz açıq sahədə yetişən pomidora rast gəlmirik. Hər il bu vaxt pomidor ixrac edilirdi, indi isə idxal olunur. Yəni havanın bu cür davam eləməsi qiymətlərin yüksək qalmasına səbəb olur. Havalar düzəlməsə, ucuzlaşma da olmayacaq. Tələb təklifi üstələdiyi üçün məhsullar bahadır”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:50 / 25.07.2024
Yağıntının kənd təsərrüfatına ZƏRƏRLƏRİ – “Qiymətlər bahalaşacaq”
Hazırda oxunan: Yağıntının kənd təsərrüfatına ZƏRƏRLƏRİ – “Qiymətlər bahalaşacaq”
Hazırda oxunan: Yağıntının kənd təsərrüfatına ZƏRƏRLƏRİ – “Qiymətlər bahalaşacaq”
203543
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.