Xatirə:

Xatirə: "O yaşda adamı bu qədər döyərlər?" - VİDEO

Hazırda oxunan: Xatirə: "O yaşda adamı bu qədər döyərlər?" - VİDEO

203310

Xalq artisti Ağadadaş Ağayevlə bağlı insidentdən sonra bir neçə sənətçilər onun müdafiəsinə qalxıb.

Bizim.Media xəbər verir ki, müğənni Xatirə İslam sosial şəbəkə hesabında videoaçıqlama yayaraq, həmkarı ilə bağlı baş verən hadisəyə münasibət bildirib.

Sənətçi müvafiq orqanlara səslənərək olaya düzgün qiymət verilməsini istəyib:

"İnanın, o videoya sona qədər baxa bilmədim. Özümü o qədər pis hiss etdim ki... Aidiyyəti qurumlardan xahiş edirəm ki, bu məsələyə ədalətli şəkildə baxsınlar. Çünki Ağadadaş müəllim Azərbaycanın gözəl sənətkarıdır. Bundan başqa, onu xəstəliyi də var. 

Çox istəyirəm ki, dünyada olduğu kimi, Azərbaycanda da sənətkarlarımıza, məşhurlarımıza, ulduzlarımıza bir az fərqli hörmət qoyulsun. O mühafizəçiyə bir sual vermək istəyirəm, sizin zatən gücünüz Ağadadaş müəllimə çatdı, onu yerə yıxdınız, bəs, o yaşda adamı bu qədər döyərlər? Onu yıxandan sonra döymək nəyə lazım idi? Ən azından onun xəstəliyini nəzərə ala bilərdiniz".
Qeyd edək ki, məsələ ilə bağlı cinayət işi açılıb. Münaqişə tərəfləri yəni N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO