ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harris Demokratlar partiyasının prezidentliyə namizədi olmaq üçün nümayəndə heyətinin əksəriyyətinin dəstəyini qazanıb.
Bizim.Media xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Harris ABŞ prezident seçkilərində namizəd olmaq üçün kifayət qədər səs toplayıb – KİV
Məlumatda qeyd edilib ki, Associated Press-in sorğusuna əsasən o, səsvermənin ilk turunda namizədliyi qazanmaq üçün lazım olan 1976 nümayəndədən çoxunun dəstəyini aldığını bildirib.
Beləliklə, Kamala Harris partiyanın namizədi kimi noyabrda keçiriləcək prezident seçkilərində Respublikaçı Donald Trampla mübarizə aparacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden bazar günü prezidentlik yarışını tərk etdikdən sonra heç kim K.Harrisə rəqib olmaq üçün açıq şəkildə namizədliyini irəli sürməyib. Harrisə görə fonda göndərilən ianələr isə 100 milyon dolları ötüb.
Bizim.Media