ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi halda, andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, Miçiqanda keçirilən mitinqdə çıxış edərkən deyib.
“Rusiya və Ukrayna arasındakı bu dəhşətli müharibəni mən həll edəcəyəm. Mən bəyanat verə bilən yeganə şəxsəm: Üçüncü dünya müharibəsinin qarşısını alacağam”, - deyə bildirib.
Bundan əvvəl fransalı siyasətçi Florian Filippa Ukrayna xalqının Trampın sülh təşəbbüsünü dəstəkləyəcəyini bildirib.
Bizim.Media