"Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda Şuşada keçirilən ikinci qlobal media forumunun açılışı Prezident İlham Əliyev tərəfindən dünyada və regionda gedən ictimai-siyasi proseslərin geniş və cəsarətli təhlili, medianın hazırkı durumu, problemləri və əsas hədəfləri mövzusuna əhatəli yanaşma ilə yadda qaldı.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında forumun iştirakçısı, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli bildirib. O vurğulayıb ki, Azərbaycan son 30 ildə yalan məlumatlardan daha çox əziyyət çəkib və xüsusən tez-tez qərb dairələrinin qarayaxma kampaniyalarının əsas hədəfi olub. Bu qeyri-peşəkar, siyasi riyakarlıqdan o tərəfə keçməyən yanaşmaların ölkəmizin suverenliyinin təmin olunmasından sonra daha da çoxalması bir daha təsdiq edir ki, xüsusən Fransa kimi keçmişi ləkəli ölkələrdə media siyasi alət və ya silah kimi istifadə edilir. Prezident İlham Əliyevin "İstərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın"- sözlərini önə çəkən S.Tahirli dövlət başçısının proqram xarakterli fikir və yanaşmalarının nümunə gücündə olduğunu diqqətə çatdırıb.
Dünyanın 50 ölkəsindən 200-ə yaxın media nümayəndəsi ilə birbaşa dialoqda cənab Prezidentin bu fikri isə xüsusilə diqqəti cəlb edirdi:
"Natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar Qərbdən qaynaqlanır. O, gündəlik həyatımıza çevrilir. Təəccüblənirdik, məyus olurduq, indi isə biganə yanaşırıq".
Dövlət başçısının diqqət çəkdiyi bu məqamlar əslində, Avropa təsisatlarının və əksər hallarda qərb mediasının müasir simasıdır, -deyə Sahil Tahirli fikrini tamamlayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:02 / 20.07.2024
“Fransa kimi keçmişi ləkəli ölkələrdə media siyasi alət kimi istifadə edilir” – Sahil Tahirli
Hazırda oxunan: “Fransa kimi keçmişi ləkəli ölkələrdə media siyasi alət kimi istifadə edilir” – Sahil Tahirli
Hazırda oxunan: “Fransa kimi keçmişi ləkəli ölkələrdə media siyasi alət kimi istifadə edilir” – Sahil Tahirli
202918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.