Kişilərin sevdiyi bu aksesuar boğaz xərçəngi yaradır - ARAŞDIRMA

Kişilərin sevdiyi bu aksesuar boğaz xərçəngi yaradır - ARAŞDIRMA

Hazırda oxunan: Kişilərin sevdiyi bu aksesuar boğaz xərçəngi yaradır - ARAŞDIRMA

20282

Həkimlərin fikrincə qalstuk insan orqanizmi üçün zərərlidir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, “Schleswig-Holstein” Universitetinin beyin- qandövranı haqda məqalələri  “Neuroradiology” jurnalının dərc olunan tədqiqatçılar qalstuku hətta "faydalı sosial boğma" adlandırıblar.

Əvvəlki araşdırmalar göstərir ki, mütəmadi və sıx bağlanılan qalstuklar insan orqanizmində infeksiyaların inkişafına kömək edir, göz daxili təzyiqi artırır və beləliklə qlaukoma riskini yaradır. Bundan başqa boynun sıxılması nəticəsində - kəllə daxili təzyiq də dəyişə bilir. Alman alimləri bu məlumatları nəzərə alaraq daim hərəkətdə olan  qan dövranının beyinə təsirini sınamağa qərar veriblər.

Təcrübə üçün tədqiqatçılar 30 gənc kişini iki qrupa bölüb. Bir qrupda olan insanların əvvəl boyunlarına sıx qalstuklar bağlanılıb və hər 15 dəqiqədə bir onlar maqnit-rezonans tomoqrafiyasından keçirilib. Daha sonra proses qalstuksuz davam edib. 

Digər qrupda olan insanlara isə xüsusi bir şey etmədən onları da tomoqrafiyada müayinə ediblər.

Boynunda qalstuku daha sıx bağlayan qrupun göstəricilərindən bəlli olub ki, beyinə axan qan həcmi orta hesabla 7,5% azalıb.  Bu insanlar qalstuku çıxartdıqdan sonra da qanın həcmi anlaşılmaz səbəblərə görə azalmağa davam edib. Qalstuksuz qrupda olan  kişilərdə isə göstəricilər demək olar ki, dəyişməz qalıb.

Alimlər, insanlarda qan axınının həcminin azalmasını sıx bağlanan qalstuk səbəbilə beyindaxili təzyiqin artması ilə əsaslandırıblar. 

Bu yaşlı, siqaret çəkən və ya damar problemləri olan insanlarda daha ciddi fəsadlara yol açdığını da ortaya çıxarıb. 

Mütəxəssislər son nəticə olaraq, sıx bağlanan qalstukların baş ağrıları, damar sıxılmaları, boğaz xərçəngi kimi bir çox ciddi problemlərə səbəb olacağını da ehtimal edirlər. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO