Qlobal marka - Azərbaycan öz geyim brendini yarada bilərmi?

Qlobal marka - Azərbaycan öz geyim brendini yarada bilərmi?

Hazırda oxunan: Qlobal marka - Azərbaycan öz geyim brendini yarada bilərmi?

202784

Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər arasında öz brendini yaratmağa çalışanlar da az deyil.

Bir brend necə yaradılır? Brend yaradarkən əsas hansı amillərə nəzər salmaq lazımdır?

Mövzu ilə bağlı Azərbaycanda ilk yuxu geyimi olan “Yukhulu” brendinin yaradıcısı, gənc dizayner Nigar Xəlilova Bizim Media – ya açıqlamasında bildirib ki, geyim brendi yaratmaq üçün əsas öhdəliklərdən biri məhsulu və xidməti keyfiyyətli şəkildə təqdim etməkdir.

“Məlum olduğu kimi Azərbaycanda yerli brendlər son 7-8 ildə yaranmağa başlayıb və getdikcə artır. İlk yaranan brendlərdən biri olaraq ən önəmli öhdəliklərimizdən biri insanlara məhsulumuzu və xidmətimizi ən keyfiyyətli şəkildə təqdim etməkdir. Bununla biz təkcə öz brendimizi sevdirmirik həm də insanlarda digər yerli brendlərə qarşı da güvən və sevgi yaradırıq. Düşünürəm ki, hər bir yerli brend bu missiyanı yetərli şəkildə icra etsə Azərbaycan markalarına inam günbəgün artacaq”

Bəs brend yaratmağın çətinlikləri nələrdir ?

“Çətinliklərə gəldikdə isə onlar hər zaman var, əgər bu məni qorxutsaydı Azərbaycan kimi tekstil sahəsinin inkşafı zəif olan ölkədər geyim brendi yaratmazdım. Çünki bu sahədə saysız-hesabsız maneələr var. Xammal əksikliyi, işçi qüvvəsi problemi, insanlarda yerli brendlərə qarşı olan ön yarğı və ən əsası dövlət tərəfindən heç bir imtiyazların olmaması buna misaldır. Amma bu sahəyə başlamaq istəyənlər bilməlidirlər ki, müəyyən çətinliklər olsa da insanlar tərəfindən brendiniz sevildikcə bu sizə böyük motivasiya olacaq”

O, yeni brend yaratmaq istəyənlərə özlərini qlobal markalarla müqayisə etməyi, onlardan örnək iqtisadi növbədə istehsal etmək lazımdır:

“Brend öz-özünə yaranmır. İlk olaraq nəsə istehsal etmək, xidmət sahəsi yaratmaq və rəqabətə dayanıqlı olmaq lazımdır. Yaradılmış məhsulun brendləşdirilməsi və konsepsiyası isə piar və SMM fəaliyyəti ilə qeydiyyata alınmalıdır. Müəllif hüquqları rəsmi olaraq qeydiyyatdan keçirilməlidir”.

Çiçək Sadatova, Bizim.Meda

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO