Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırıldı

Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırıldı

Hazırda oxunan: Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırıldı

20274

Bloqer Mehman Hüseynovun yayımladığı videoda özünü polis kimi təqdim edərək insanlara hədə-qorxu gəldiyi bildirilən şəxslə bağlı araşdırmalar aparılıb.

Bizim.Media xəbər verir ki, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Report-a bildirib ki, aparılan araşdırmalar nəticəsində həmin şəxsin paytaxt sakini, 42 yaşlı Elxan Tağıyev olduğu müəyyən edilib.

O, Nərimanov Rayon Polis İdarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılaraq sərbəst buraxılıb: 

"O, polis əməkdaşı deyil, ümumiyyətlə əvvəllər də polis orqanlarında xidmət etməyib. Elxan Tağıyev mübahisə zamanı işlətdiyi kobud ifadələrə görə peşiman olduğunu bildirməklə, üzrxahlıq edib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO