Rusiya Prezidenti Vladimir Putinin Moskvanın şimalındakı iqamətgahı ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, peyk görüntülərində Novqorod vilayətindəki Valday gölündəki prezident iqamətgahının yaxınlığında bir neçə "Pantsir-S1" hava hücumundan müdafiə sistemlərinin quraşdırıldığı müəyyən edilib.
Məlumatda qeyd edilib ki, peyk görüntüləri Rusiya istehsalı olan Pantsir-S1-lər keçən sentyabr və bu may ayları arasında hansısa nöqtədə əraziyə köçürüldüyünü göstərib.
Səbəbi isə Ukrayna Rusiyanın daxilindəki ərazilərə zərbə endirmək qabiliyyətinə malik dronları inkişaf etdirməyi və istifadə etməyi olub. Valday iqamətgahı yüksək profilli hədəf ola bilər, çünki Putin yay aylarında orada vaxt keçirir.
Saray mülkü Valday milli parkında, iki göl arasında sıxışdırılmış yarımadada böyük bir hökumət tətili kurortunda yerləşir. Bütün kompleksə giriş ciddi şəkildə məhdudlaşdırılıb – 40 hektar ərazi üç tərəfdən su ilə əhatə olunub və parkın qalan hissəsindən hasarlanıb.
"Maxar Technologies" tərəfindən təqdim edilən peyk şəkilləri ərazidə strateji olaraq yerləşdirilmiş hava hücumundan müdafiə vasitələrini, o cümlədən birləşmədən cəmi bir neçə kilometr aralıda meşənin dərinliklərində yerləşən qülləni göstərib.
Qeyd edək ki, Pantsir-S1 sistemləri qısa mənzilli qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün nəzərdə tutulan texnikadır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:00 / 19.07.2024
Putinin bağ evinə hava hücumundan müdafiə sistemi yerləşdirilib – FOTO
Hazırda oxunan: Putinin bağ evinə hava hücumundan müdafiə sistemi yerləşdirilib – FOTO
Hazırda oxunan: Putinin bağ evinə hava hücumundan müdafiə sistemi yerləşdirilib – FOTO
202696
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.