Böyükşor gölündən gələn üfunət qoxusu NƏDİR? – Rəsmi AÇIQLAMA 

Böyükşor gölündən gələn üfunət qoxusu NƏDİR? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Böyükşor gölündən gələn üfunət qoxusu NƏDİR? – Rəsmi AÇIQLAMA 

202689

Paytaxtda yerləşən Böyükşor gölünün bir hissəsindən ətrafa kəskin, spesifik qoxu yayılır. Xüsusilə yay aylarında göldən gələn ifunət iyi dözülməz həddə olur.

Ehtimallardan biri gölə axıdılan kanalizasiya sularıdır. Digər variantlar da səsləndirilir.

Bəs kəskin qoxunun yaranması nəylə əlaqədardır? Son illərdə bununla bağlı hansı tədbirlər görülür?
 

MÖVZU İLƏ BAĞLI:

Böyükşor gölü Bakının yeni cəlbedici mərkəzi olacaq


Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ceyhun Muradov Bizim.Media-ya bildirib ki, göldən spesifik iy-qoxunun ətrafa yayılması ilə bağlı idarə mütəxəssisləri gölün ətrafında monitorinq keçirib və ölçmə işləri aparılıb.

O qeyd edib ki, monitorinq müddətində sözügedən ərazidə spesifik iy-qoxu müşahidə olunsa da, hava keyfiyyəti üzrə aparılmış ölçmə işlərinin nəticələrinə əsasən atmosfer havasında zərərli qaz qarışıqlarının miqdarı yol verilən hədd daxilində olub:

“Aparılan monitorinq zamanı müəyyən edilib ki, Böyükşor gölündən gələn iy-qoxunun səbəbi havaların isti keçməsi nəticəsində göldə suyun buxarlanması, intensiv buxarlanma nəticəsində suyun səviyyəsinin aşağı düşməsi və açıqda qalmış lilli ərazilərdən iy-qoxunun ətrafa yayılmasıdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO