“Dünya üçün fəlakətli bir il olan 2020-ci ildə Çin birbaşa xarici investisiya axını baxımından birinci oldu, hətta bunun necə baş verdiyini ölkənin özündə anlamağa çalışdılar. Və prosesin nəinki davam etdiyini, əksinə rekord sürətlə artdığını gördülər. Məsələn, bu ilin ilk rübündə birbaşa xarici investisiyalar 39,9% artaraq 46,74 milyard dollar təşkil edib”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Rusiyanın tanınmış jurnalisti, köşə yazarı, “RİA Novosti” agentliyinin siyasi içmalçısı, “Master Çen” ləqəbi ilə detektiv əsərlər yazan Dmitri Kosırevə məxsusdur.
“RİA Novosti”də dərc edilən məqalədə müəllif daha sonra belə yazıb:
“1999-cu ildən bəri dünyada bu qədər aşağı səviyyədə investisiya olmayıb. Ancaq bir mənzərə ortaya çıxdı: Çində hər şey yaxşıdır, çünki investorlar pulu “yatırtmağa” başqa bir ölkə tapa bilmirlər.
Gəlin görək Çində hansı sahələrə investisiya qoymaq sərfəlidir? Gözlənilməyən sahələr var, məsələn, kənd təsərrüfatı. Xatırladaq ki, bu qışda Pekin "həddindən artıq yoxsulluq" üzərində qalib gəlib. Söhbət məhsulları heç kim üçün maraqlı olmayan ucqar kəndlərdən gedir.
Yoxsulluq üzərində qələbə belə qazanıldı, kəndlilərə toxum və digər xammal verildi, eyni zamanda məhsullarının bazarda satışına şərait yaradıldı.
Bütün bunlar birlikdə texnologiya sayılır. Həm biotexnologiya, həm də informasiya texnologiyaları məhsulların satışını təmin etməyə yardımçı olur. Yoxsulluq üzərində qələbə, Çin kəndinin daha çox pul alması deməkdir, yəni artan tələb ilə iqtisadiyyatın bir hissəsi formalaşır.
Bu, birbaşa investisiya üçün çox da təsirli bir tətbiq sahəsi deyil. Ancaq görünən odur ki, milyardlarla dollara nəhəng fabriklər inşa edilməsi dövrü keçib. Kənd təsərrüfatı məhsullarının qablaşdırılması və emalı üçün yüzlərlə kiçik müəssisə daha yaxşıdır.
Əlbəttə ki, meqa fabriklərdən daha möhtəşəm sahələr var. Məsələn, kosmos. Xatırladaq ki, Çin "Göylər çayı" kosmik stansiyasının inşasına yeni başlayıb.
Bu, bizim amerikalılarla 2024-cü ildə istifadəyə verəcəyimiz kosmik stansiyadan daha tez fəaliyyətə başlayacaq. Mütləq və heyrətamiz bir əzəmət istəyirsinizsə, o zaman üzdə olanlara diqqət yetirməlisiniz. Məsələn, avropalılar hələ də iqtisadiyyatı və cəmiyyətləri məhv edən karantinlərdən çıxa bilmirlər, Çin isə öz virusuna dəqiq bir şəkildə qalib gəldi.
Və Çində əsas rolu Uhan və qonşu ərazilərdəki yaz karantinləri oynamadı. Bunun əvəzinə hər bir şəxsin xəstəlik tarixçəsini hesablayan QR kodlar sistemi tətbiq edildi, həm də onların təmasları izlənildi. Bu kodlar son bir ildə 60 milyard dəfə istifadə edilib.
Bundan əlavə, ixtisaslı həkimlər videokameralardan istifadə edərək həmkarları və xəstələrlə distant şəkildə məsləhətləşdilər və "virtual xəstəxana" texnologiyası yaratdılar. Bu sistem çinlilərin 5G texnologiyası əsasında quruldu.
Buna isə ixracı da daxil olmaqla çoxlu pul qoyuldu. Ümumiyyətlə, Çinə indiki investisiya axınının bütün səbəbləri texnologiya ilə bağlıdır”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:05 / 06.05.2021
“Bütün pullar Çinə gedir. Buna kim cavab verəcək?” – Rusiyalı jurnalist yazır
Hazırda oxunan: “Bütün pullar Çinə gedir. Buna kim cavab verəcək?” – Rusiyalı jurnalist yazır
Hazırda oxunan: “Bütün pullar Çinə gedir. Buna kim cavab verəcək?” – Rusiyalı jurnalist yazır
20257
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.