Qəbələdə qanunsuz tikintinin qarşısı alındı – FOTO  

Qəbələdə qanunsuz tikintinin qarşısı alındı – FOTO  

Hazırda oxunan: Qəbələdə qanunsuz tikintinin qarşısı alındı – FOTO  

202224

Qəbələdə növbəti qanunsuz torpaq zəbtinin qarşısı alınıb. Rayon polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində mütəmadi olaraq özbaşına tikililərin və torpaq zəbtlərinin qarşısının alınması məqsədilə monitorinqlər aparılır. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, keçirilən növbəti monitorinq zamanı Qəbələ şəhər Məmməd Məmmədov küçəsi və Qaraçay çayının sahilində ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt edilərək çəpərlənmiş 2,5 hektar dövlət su fonduna məxsus torpaq sahəsində söküntü işləri aparılaraq ərazi boşaldılıb. Müvafiq orqanlar bir da vətəndaşların diqqətinə çatdırır ki, şəxsi mülkiyyətində olmayan torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması, torpaq sahələrinin zəbt olunaraq hasarlanması və müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO