Qoxmaz Əlili:

Qoxmaz Əlili: ""Xalq artisti" deyiləm deyə evim olmayacaq?"

Hazırda oxunan: Qoxmaz Əlili: ""Xalq artisti" deyiləm deyə evim olmayacaq?"

202172

Əməkdar artist Qorxmaz Əlili evə ehtiyacının olduğunu söyləyib.

Bizim.Media xəbər verir ki, bu haqda sənətkar qonaq olduğu "Elgizlə izlə" verilişində deyib.

Əlili bildirib ki, övladlarının toyuna görə bağ evini satmalı olub:

"Aktyorlara, rejissorlara, incəsənət adamlarına ev tikib versinlər. Xalq artisti var ki, 3 dəfə ev alıb, sağlığına qismət. "Xalq artisti" deyiləm deyə, evim olmayacaq? Söhbət yaxşı aktyorlardan gedir. Mənim xasiyyətimdə yoxdur ki, efirdən şikayət edim. Deyim ki, evim yoxdur. 

1995-ci ilə qədər qazanmışam. Şəxsi teatrımdan qazanırdım. Pulumu yığırdım ki, ev alaram. Sonra başladım o pulları o gəncə ev almağa, bu gəncin evini təmir etdirməyə xərclədim. 

Telman Adıgözəlov ikiotaqlı evdə rəhmətə getdi. Mən sənət fədaisiyəm. Çəkilişə gedəndə filmin sonunda bilmişəm ki, nə maaş verəcəklər. Elə olub ki, pulsuz çəkilmişəm".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO