Putin Ərdoğanla Qarabağ məsələsini müzakirə etdi

Putin Ərdoğanla Qarabağ məsələsini müzakirə etdi

Hazırda oxunan: Putin Ərdoğanla Qarabağ məsələsini müzakirə etdi

20211

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Kremlin mətbuat xidməti bildirib.

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb". Mesajda belə deyilir.

Liderlər koronavirusun yayılmasına qarşı mübarizəni müzakirə ediblər.

"Rəcəb Tayyib Ərdoğan Rusiya tərəfinin verdiyi köməyə görə təşəkkür edib. Epidemiya əleyhinə aparılan tədbirlər vəziyyətin köklü bir şəkildə yaxşılaşdırılmasına və turizm sektorunda ikitərəfli əlaqələrin bərpa edilməsinə imkan verəcək" deyilib.

Dövlət başçıları Qarabağ məsələsini də müzakirə ediblər. Eyni zamanda telefon danışığı zamanı tərəflər Ağdamda yerləşən Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətindən danışıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO