Balakəndə yaşadığı evdə narkotik və avtomat gizlədən şəxs saxlanıldı – FOTO  

Balakəndə yaşadığı evdə narkotik və avtomat gizlədən şəxs saxlanıldı – FOTO  

Hazırda oxunan: Balakəndə yaşadığı evdə narkotik və avtomat gizlədən şəxs saxlanıldı – FOTO  

202100

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz odlu silah-sursat saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 27 yaşlı Anar Kaltayev saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, onun üzərindən və yaşadığı ünvandan 1 kiloqram marixuana, eləcə də “Kalaşnikov” markalı avtomat, daraq və patronlar aşkarlanıb. 

Saxlanılan şəxs avtomatı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək özündə saxladığını bildirib. 
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə A.Kaltayev barəsində həbs qətimkan tədbiri seçilib. 

Araşdırmalar davam etdirilir. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO