Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 3 320 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.
İdarədən Bizim.Media-ya verilən məlumata görə, onlardan 1383 nəfər ümumi orta təhsil, 1 937 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.
Qeyd edək ki, ümumi orta və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.
Onu da qeyd edək ki, məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:45 / 15.07.2024
4 minə yaxın məzun məktəbi fərqlənmə attestatı ilə bitirib – RƏSMİ
Hazırda oxunan: 4 minə yaxın məzun məktəbi fərqlənmə attestatı ilə bitirib – RƏSMİ
Hazırda oxunan: 4 minə yaxın məzun məktəbi fərqlənmə attestatı ilə bitirib – RƏSMİ
202089
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.