Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir

Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir

Hazırda oxunan: Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir

201942

14 iyul - ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının növbəti ildönümü tamam olur.

Bizim.Media xəbər verir ki, ötən əsrin 90-cı illərində dövlətimiz olduqca mürəkkəb və çətin dövrdən keçərək müstəqilliyini bərpa etməsinə baxmayaraq, ölkədə baş verən hərc-mərcliyə məhz ümummilli lider Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində son qoyulub, nəticədə ictimai-siyasi sabitlik tam bərqərar edilib. 

Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi sabitliyin təmin olunması ölkə həyatının bütün sahələrində çoxşaxəli islahatların həyata keçirilməsinə əlverişli şərait yaradıb. 
Məhz ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu mümkün olub. İnkişafın başlıca istiqaməti olaraq vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunu seçən dövlətimiz qısa müddət ərzində irimiqyaslı qanunvericilik islahatlarını reallaşdırmağa nail olub.

Həyata keçirilən əsaslı hüquq islahatları çərçivəsində ən əhəmiyyətli hadisələrdən biri 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi olub. 

Bununla da ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan bu mühüm tarixi sənəd dövlətçiliyimizin inkişafında tamamilə yeni səhifə açıb.

Əsas Qanun ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini təşkil edərək, insan hüquq və azadlıqlarının həyata keçirilməsi, həmçinin ictimai həyatın bütün sahələrinin inkişafına təkan verib.

Məhz Konstitusiyanın qəbulu ölkəmizdə müasir və demokratik tələblərə cavab verən dövlətçiliyin formalaşmasında mühüm addım olub.

1995-ci ildə Konstitusiyanın qəbulu ölkədə genişmiqyaslı qanunvericilik islahatlarının həyata keçirilməsinə təkan verərək, digər bir çox sahələrdə olduğu kimi, məhkəmə-hüquq islahatlarının da əsasını qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO