Xalq artisti Flora Kərimova saxtakarlıqla üzləşib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətkar sosial şəbəkə hesabında məlumat yayıb.
Belə ki, Kərimova səhhətində yaranan problemlər və müalicəsi ilə bağlı yayılan videonun süni intellekt vasitəsi ilə edildiyini açıqlayıb.
Xalq artisti bu məlumatların saxta olduğunu tamaşaçıların diqqətinə çatdırıb:
"Bircə, bu yalançı süni zəka mənim adımdan danışmamışdı, o da oldu. İnanmayın!"
Rəşad Əliyev, Bizim.Media