Hacıqabulda TIR aşaraq iki mikroavtobusa çırpılıb, 9 nəfər yaralanıb

Hacıqabulda TIR aşaraq iki mikroavtobusa çırpılıb, 9 nəfər yaralanıb

Hazırda oxunan: Hacıqabulda TIR aşaraq iki mikroavtobusa çırpılıb, 9 nəfər yaralanıb

201781

Hacıqabulda zəncirvari yol qəzası olub.

Bizim.Media report-a istinadən xəbər verir ki, rayonun Qarasu kəndi ərazisində baş verən yol qəzası zamanı hərəkətdə olan yük maşını (TIR) aşaraq iki mikroavtobusa çırpılıb.

Qəza nəticəsində Türkiyə vətəndaşları - 1980-ci il təvəllüdlü Verdiyeva Cəmilə, 2014-cü il təvəllüdlü Saraçoğlu Ezgisu, 1999-cu il təvəllüdlü Süzen Elis, 1995-ci il təvəllüdlü Alparslan Ferhad, Bakı şəhər sakinləri - 2007-ci il təvəllüdlü Hüseynov Həsən Nurəddin oğlu, 1974-cü il təvəllüdlü Hüseynova Mətanət Muradil qızı, Gəncə şəhər sakinləri - 2006-cı il təvəllüdlü Verdiyeva C. Vüqar qızı, 1957-ci il təvəllüdlü Qurbanova Fərəncam Adil qızı və Verdiyev Hüseyn Vüqar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Türkiyə vətəndaşları xəstəxanaya yerləşdirilib. Qalanları ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO