Rusiyadan SON HƏMLƏ – Ukrayna ərazisində yeni yəhudi dövləti YARADILACAQ?

Rusiyadan SON HƏMLƏ – Ukrayna ərazisində yeni yəhudi dövləti YARADILACAQ?

Hazırda oxunan: Rusiyadan SON HƏMLƏ – Ukrayna ərazisində yeni yəhudi dövləti YARADILACAQ?

201753

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yenidən sensasion bəyanatlar verir. O bildirir ki, Kiyevin NATO-ya gedən yolunu kəsmək üçün Rusiya ya Ukraynanı, ya da ki, NATO-nu məhv etməlidir.

“Ukrayna parçalanacaq, əvəzində 5 yeni dövlət yaranacaq”

Nəzərə alaq ki, Dmitri Medvedev Ukrayna ilə bağlı mütəmadi olaraq sensasion sayılacaq bəyanatlar verir.

Məsələn, bir müddət əvvəl o bildirmişdi ki, yaxın illərdə Ukrayna parçalanacaq, əvəzində isə 5 yeni dövlət yaranacaq:

“Həmin dövlətlərdən biri də Yeni Yəhudi dövləti adlanacaq. Bu dövlətə isə Odessa, Dnepropetrovsk, Zaporojye, Xerson və Nikolayev vilayətlərinin əraziləri daxil olacaq”.

Qeyd edək ki, Ukrayna ərazisində yəhudi dövlətinin yaradılması yeni məsələ deyil.  Yeni yəhudi dövlətinin yaranma layihəsinin hazırlanmasına 2016-cı ildən başlanılıb. Layihənin icraçı direktoru İqor Berkutdur. Layihəyə Rusiyanın, Ukraynanın və Qərbin tanınmış ictimai xadimləri, politoloqları və analitikləri dəstək verirlər. 

Həmin məşhurların sırasında Vladimir Pozner, Vladimir Solovyov, Yassin Kadmi, Yevgeni Satanovski, Dmitri Qordon və digərləri yer alıblar. 

Bəs, ikinci yəhudi dövləti niyə Ukrayna ərazisində yaradılır?

Tarixi faktlar sübut edir ki, bir zamanlar bu ərazilərdə yəhudilər yaşayıb. Təsadüfi deyil ki, Ukrayna ərazilərindən yəhudilərin sürgün edilməsindən 284 il keçir. 1740-cı ilin 11 iyulunda Ukrayna әrazisindә yaşayan yәhudilәr bu ərazilərdən sürgün edilib. Sürgün prosesi 1772-ci ildə Polşanın ilk bölünməsindən sonra daha da sürətlənib. 

Bəs, yəhudilər Ukraynadan niyə qovulublar?

Bildiyimiz kimi Böyük Pyotrdan sonra Böyük Rus imperiyası yaratmaq ideyası ortaya atıldı. Bu ideyanı reallaşdırmaq üçün müxtəlif istiqamətlər müəyyən edildi. Həmin istiqamətlərdən biri də din və dil faktoru idi. 

Bildiyimiz ki, Çar Rusiyasının əsas əhalisi provaslav dininin daşıyıcıları və slavyan xalqları idi. Lakin, orta əsrlərdə çar Rusiyasının ərazisində xeyli miqdarda yəhudi yaşayırdı.

Burada və Avropada yəhudilərə münasibətin üç müəyyən ənənəsi formalaşmışdı - dini, praqmatik və islahatçı. Yəhudilər harada yaşamasından asılı olmayaraq özlərinin genetik və milli xüsusiyyətlərini qoruyub saxlaya bilirlər. 

Böyük hədəflərə köklənən Böyük Pyotr yəhudilərin müstəsna keyfiyyətlərini və ruslarla heç bir din, dil bağlılığının olmamasını nəzərə alıb, onların bu torpaqlardan kütləvi şəkildə qovulması qərarını verdi.  Yəhudilərsə o zaman ən çox indiki Ukrayna ərazilərində məskunlaşmışdı. 

Yəhudilərin Çar Rusiyasından qoulmasının ilk dalğası…

Yəhudilərin Çar Rusiyasından qovulmasının ilk dalğası 11 iyul 1740-cı ildə oldu. 1772-ci ildə Polşanın parçalanmasından sonra bu kampaniya daha böyük miqyasda həyata keçirildi. Ümumilikdə isə yəhudilərin indiki Ukrayna ərazisindən qovulması 150 ilə yaxın müddətdə davam etdi. 

Bəs, indiki Ukrayna ərazisində ilk yəhudi tayfaları barədə hansı mənbələrdə məlumata rast gəlinir?

Köhnə rus salnaməsi olan “Keçmiş illərin nağılı”nda qeyd edilir ki, 986-cı ildə yəhudi xəzərlər Kiyev bütpərəst knyazı Vladimiri öz inanclarına inandırmağa cəhd etdilər.

Digər bir mənbədə deyilir ki, yəhudilərin Şərqi Avropaya ilk köçürülməsi - Qara dənizin şimal sahillərində slavyan hegemonluğu dövrünü xeyli qabaqlayır.

İlkin slavyan məskənləri və sonrakı Kiyev dövləti eyni vaxtda və Volqanın aşağı axarlarını və Krımı idarə edən Xəzər xaqanlığı ilə yaxın ərazidə yəhudi tayfaları mövcud idi. Təxminən 740-cı ildə Xəzər hökmdarı Bulan yəhudiliyi qəbul etdi və Xəzər cəmiyyətinin əhəmiyyətli bir hissəsi ona tabe oldu.

Xəzər yəhudiləri Kiyevi "Yəhudi Qapısı" adlandırırmış

Digər bir mənbədə deyilir ki, Kiyevin özünün xəzərlər tərəfindən qurulmasına dair X əsrə aid sübutlar var. Kiyevdə Talmud yəhudiliyinə etiqad edən xəzər icması var idi. Xəzər yəhudiləri Kiyevi "Yəhudi Qapısı" adlandırırdılar.

Yəhudilərə hər yerdə tacir qiyafəsində rast gəlinirmiş. Xüsusilə, X əsrdə Kiyev əsasən varlı yəhudilərin nəzarətində olub. 

Lakin slavyan xalqları yəhudilərə heç zaman isti münasibət bəsləməyib. 1113-cü ildə Knyaz Svyatopolkun ölümündən sonra Kiyevdə yəhudilərlə slavyan xalqları arasında ciddi iğtişaşlar başlayıb.
Həm zəngin boyarlar, həm də yəhudilər qəzəbli kütlənin qurbanı olublar. Bu iğtişaşlar əsasən yəhudilərə qarşı yönəlmişdi. Bir sözlə, slavyanlar heç zaman yəhudilərin bu torpaqlarda yaşamasını həzm edə bilməyiblər. Son nəticədə Böyük Pyotrun tövsiyəsi ilə XVIII əsrdə yəhudilərə qarşı böyük hərəkat başladı.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO